Bakı. Trend:
Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı iləAzərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadanolmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçünRusiyanın Həştərxan vilayətinə səfərə yollanıb.
Trend xəbər verir ki, nümayəndə heyətinin tərkibinə daxil olandeputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və onaHəştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyəgirişimə qadağa qoyulduğu bildirilib.
Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görəRusiyaya girişinə qadağa qoyulduğu ehtimal edilir. Hazırda AzərBadamov təyyarədədir və geri qayıdır.