EN

Qubada minik avtomobili maneəyə çırpıldı: ÖLƏN VAR

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Quba şəhərinin Heydər Əliyev prospektində 77-DB-649 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb.

 Qəza nəticəsində maşındakı sərnişin, 2000-ci il təvəllüdlü Beyləqan rayon sakini Yusifli Yusif Cabir oğlu hadisə yerində ölüb.

Sürücü isə, Quba rayon sakini 2004-cü il təvəllüdlü İbrahimov Heydər Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Chosen
0
6
avtosfer.az

7Sources