EN

Dembele “Arsenal”la cavab oyununu buraxa bilər

PSJ-nin hücumçusu Usman Dembelenin Çempionlar Liqasının yarımfinal mərhələsində “Arsenal”la cavab oyununda iştirakı sual altındadır.

Msport.az xəbər verir ki, Fransa millisinin üzvü ilk görüşdə sağ budun arxa nahiyəsindən zədə alıb.

Dembele komandanın son məşqlərini bu səbəbdən buraxmalı olub. O, Liqa 1 çərçivəsində “Strasbur”la matçı da buraxıb. Ancaq 7 mayda “Arsenal”la cavab qarşılaşmasında meydana çıxıb-çıxmayacağı hələlik bilinmir.

Qeyd edək ki, Dembele cari mövsüm Çempionlar Liqasında 8 qol vurub. O, “Arsenal”la səfərdəki ilk oyunda da komandasına qələbə qazandıran (1:0) yeganə qola imza atıb.

Chosen
0
msport.az

1Sources