EN

Karlo Ançelotti: “Real” məni sevir, mən də “Real”ı sevirəm”

“Real”ın baş məşqçisi Karlo Ançelotti tezliklə istefası ilə bağlı şayiələr mənzərəsində açıqlaması ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, italyan mütəxəssis “Kral klubu”nun rəhbərliyi ilə münasibətlərdə gərginlik yaşaması ilə bağlı dedi-qodunu da təkzib edib:

“Xeyr, bu, əsla belə deyil. Mənim klubla gözəl münasibətim var. Müvafiq məlumat bizim düşərgəmizdən qaynaqlanmır, bunun böyük hissəsi isə həqiqəti əks etdirmir.

Mən gələcəkdə nə olacağını deyə bilmərəm. Amma mənim klubla heç vaxt fitnə-fəsadım olmayıb. Həmçinin mən onlarla heç vaxt mübahisə etməyəcəyəm. Mənim vidam, bu, nə vaxt baş versə, lap elə, 2025-ci, 2026-cı və ya 2030-cu ildə, fantastik olacaq, çünki mən bu klubu sevirəm, klub da məni sevir”, deyə Ançelotti vurğulayıb.

Karlo Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıtmış italyan mütəxəssis indiyədək “qaymaqlılar”ı çalışdırır. Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Çalışdırdığı müddətdə Karlo Ançelotti “Real”ı 348 oyuna çıxarıb, 249 qələbə, 48 heç-heçə, 51 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 834:342 nisbətindədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.

65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

“Real” 33 oyundan 72 xalla İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Chosen
0
5
arena.az

10Sources