EN

Zelenski Moskvada 9 May mərasiminə qatılacaq dünya liderlərini açıq şəkildə hədələdi - sizə heç bir zəmanət vermirik


Ukrayna prezidenti Zelenski Rusiyanın 9 Mayla əlaqədər elan etdiyi atəşkəsi qəti şəkildə rədd edib. Zelenski ABŞ-ın təklif etdiyi 30 günlük qeyd-şərtsiz atəşkəs modelini dəstəklədiklərini bildirib və 3-4 günlük fasilənin konkret nəticə verməyəcəyini deyib.

Rusiyanın 8-11 may tarixləri arasında atəşkəs təklifini “teatr tamaşası” kimi qiymətləndirən Zelenski Moskvanın bunu yalnız 9 May paradının təhlükəsizliyi üçün etdiyini iddia edib və mərasimə qatılacaq dünya liderlərinin təhlükəsizliyinə təminat verə bilməyəcəklərini deyib: "Mayın 9-da Moskvaya gedəcək bütün ölkələrin nümayəndələrinə münasibətdə mövqeyimiz çox sadədir. Rusiya Federasiyası ərazisində baş verənlərə görə məsuliyyət daşıya bilmərik. Sizin təhlükəsizliyinizi onlar təmin edir, ona görə də biz sizə heç bir zəmanət verməyəcəyik. Çünki Rusiyanın bu tarixlərdə nə edəcəyini bilmirik".

Ukrayna prezidentinin 9 May Qələbə Gününü qeyd etmək üçün Moskvaya gəlməyi planlaşdıran dünya liderlərini açıq şəkildə hədələdiyini deyən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Zelenskinin mayın 9-da Moskvada keçiriləcək bayram tədbirləri ilə bağlı açıqlamasının təsadüf olmadığını bildirib və bunları “klassik beynəlxalq terror təhlükəsi” kimi qiymətləndirib.

Zelenskinin dövlət başçılarını təhdid etməyə başladığını əvvəlcədən təxmin etdiklərini və yanılmadıqlarını deyən Zaxarova bildirib: "Mali və Nigerdə ​​həyata keçirdiyi silsilə əməliyyatlarla, xarici terrorla bağlı təcrübəsini başqa qitələrə yayan Ukrayna, bu gün artıq dərinə getdi. Artıq müqəddəs gündə paradlara gələcək veteranların fiziki təhlükəsizliyini də təhdid edir. Rusiya ərazisində hər terror aktından sonra Kiyev rejimi, təhlükəsizlik xidməti və birbaşa Zelenskinin özü öyünür ki, bu, onların işidir və bundan sonra da belə olacaq”.

Kremlin sözçüsü Peskov isə mayın 9-da elan edilən atəşkəsin məqsədinin Ukraynanın uzunmüddətli sülhə nail olmağa hazırlığını yoxlamaq məqsədi daşıdığını bildirib. Peskov bildirib ki, Rusiya Ukraynadan atəşkəs təşəbbüsü ilə bağlı qeyri-müəyyən deyil, aydın və qəti bəyanatlar və sülhə doğru əsaslı addımlar gözləyir.

TAHİR

Chosen
0
baki-xeber.com

1Sources