EN

Emil Mustafayev Ukraynada ardıcıl 4-cü məğlubiyyəti yaşadı

Azərbaycan yığmasının yarımmüdafiəçisi Emil Mustafayev Ukrayna çempionatında növbəti dəfə uduzub.

Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi "Çernomorets" 27-ci turda öz meydanında "Şaxtyor"a məğlub olub.

Start heyətində yer alan Emil 77-ci dəqiqədə əvəzlənib. Qonaqlar hər 3 qolu fasilədən sonra vurublar. "Çernomorets" ardıcıl 4-cü dəfə meydanı məğlub tərk edib.

Odessa təmsilçisi 18 xalla sonuncu pillədə qərarlaşıb. Mustafayevin komandası növbəti turda "Vorskla"nın qonağı olacaq.

Chosen
0
3
sportinfo.az

10Sources