EN

Paytaxt sakini Daşkəsəndə bıçaqlandı

Daşkəsəndə ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü A.Yusifov əl nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, A.Yusifov ailə münaqişəsi zəminində qudası ilə mübahisə edərkən bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
0
2
avtosfer.az

10Sources