EN

Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokuna bu gün yekun vurulacaq

Qubada keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kubokuna bu gün yekun vurulacaq.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışın ikinci günündə oğlanlarda 73, 81, 90 və +90 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.

Qızlarda isə 57, 63, 70 və +70 kq-da medalçılar müəyyənləşəcək.

Qeyd edək ki, ötən gün Azərbaycan təmsilçiləri 12 medal qazanıblar. Ölkəni yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.

Chosen
0
4
report.az

10Sources