EN

Rəhbərliklə münasibəti gərgindir?

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti son zamanlar mətbuatda yayılan söz-söhbətlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, mətbuatda yayılan iddialara görə, onun rəhbərliklə müasibətləri gərgindir.

“Xeyr, doğru deyil. Klubla əla münasibətim var. Bu məlumat bizdən gəlmir və əksəriyyəti də doğru deyil”, – Ançelotti mətbuat konfransında deyib.

“Real” hazırda İspaniya La Liqasında 33 oyun keçirib və 72 xalla ikinci yerdədir. Ançelottinin yetirmələri ilk pillədəki “Barselona”dan 4 xal geri qalırlar.

Chosen
0
publika.az

1Sources