EN

Daşkənd Kimya Texnologiya İnstitutu Bakı və Sumqayıtdakı universitetlərlə əlaqələri inkişaf etdirəcək


Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) Daşkənd Kimya-Texnologiya İnstitutu ilə Tacikistanın Suğd vilayətinin Xocənd şəhərindəki Sənaye və Xidmət İnsititu ilə görüşlər keçirib.

Bu barədə Newscenter.az-a ATUİAB sədri Ruslan İmanzadə məlumat verib. Bildirib ki, görüşdə iş adamları ilə bərabər Özbəkistanın ali təhsil müəssisələrinin təmsilçiləri də iştirak edib. Ruslan İmanzadə deyib ki, görüşdə ATUİAB-ın Tacikistanda da əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub.

"Özbəkistandan Tacikistana gedən nümayəndə heyətinə Şirnayev Anvar Normamatoviç rəhbərlik edib. Görüşdə Daşkənd Kimya Texnologiya İnsititutunun prorektoru Ənvər Nurməmmədov, eyni zamanda Tacikistanın sözügedən təhsil ocağının təsisçisi Muxtarov Amirxan Kadiroviç və institutun rektoru Muxtarova Muqəddima Aliyevna iştirak edib. Görüş zamanı eyni zamanda Daşkənd Kimya Texnologiya İnstitutunun Tacikistanda filialının açılması ilə bağlı memorandum imzalanıb. Sentyabr ayından etibarən həm özbək, həm də tacik gənclər hər iki təhsil ocağında oxuya biləcəklər. Eyni zamanda ATUİAB olaraq Bakı və Sumqayıtda yerləşən universitetlərlə hər iki institutun əlaqələrinin qurulmasına dəstək verir. Bu məqsədlə qarşılıq səfərlərin təşkili vvə birgə fakultələrin açılması planlaşdırılır".

Qeyd edək ki, Şirnayev Anvar Normamatoviçə Tacikistanda fəxri doktor adı verilib. O, həm də Azərbaycanın yaxın dostu kimi tanınır. Anvar Şirnayev ATUİAB-la birlikdə Azərbaycan və Özbəkistan ali təhsil ocaqları arasında əlaqələrin qurulmasında yaxından iştirak edib.

Süleyman
Chosen
0
newscenter.az

1Sources