İqtisad üzrə fəlsəfə doktoru, "İqtisadi araşdırmalar - beynəlxalq jurnal"ın təsisçisi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədri Cavid İsmayıla ağır itki üz verib.
ONN media xəbər verir ki, iqtisadçının anası - Tamilla İsmayılova bu gün dünyasını dəyişib. Qeyd edək ki, Cavid İsmayıl 91-lərdən olan professor Əjdər İsmayılovun oğludur.
Allah rəhmət eləsin. Ailəsi və yaxınlarına başsağlığı diləyir, mərhuməyə rəhmət, geridə qalanlara isə səbr və təskinlik arzulayırıq