Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini miqrantlarla silahlı rəftarla bağlı çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb.
“Danışıqlar zamanı Özbəkistan tərəfi Rusiya tərəfinin diqqətini Rusiya Federasiyasında Özbəkistandan olan əmək miqrantlarına qarşı hüquqların pozulması və kobud rəftar halları ilə bağlı artan məlumatlara cəlb edib.
Vurğulanıb ki, bu cür hərəkətlər Rusiyada işləyən Özbəkistan vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasıdır və bu, qəbul edən ölkənin qanunları ilə təmin edilməlidir.
Bununla bağlı qaldırılan məsələnin diqqətlə öyrənilməsi və Özbəkistan tərəfinin narahatlığının
Rusiya Federasiyasının müvafiq səlahiyyətli orqanlarına çatdırılması çağırışı edilib”, - bəyanatda qeyd edilib.
Bizim.Media