EN

Netanyahunun Azərbaycana səfəri təxirə salındı

İsrailin Baş naziri Binyamin Netanyahu bu ilin 7-11 may tarixlərində planlaşdırılan Azərbaycana səfərini bölgədəki son inkişaflarla əlaqədar olaraq təxirə salıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İsrail hökümətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Binyamin Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib.

Baş nazir Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Chosen
0
15
heftelik.az

10Sources