EN

Netanyahu Azərbaycana səfərini təxirə salıb

Bakı. TurkicWorld:

İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycana səfərini təxirə salmaq qərarı qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat verib.

“Son daxili siyasi hadisələri, həmçinin Suriya və Qəzza zolağı ətrafında vəziyyətlə bağlı prosesləri nəzərə alaraq, baş nazir Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib”, - deyə mənbə bildirib.

"Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib və iki ölkə arasındakı isti münasibətləri yüksək qiymətləndirib", - deyə Netanyahunun ofisinin məsələ ilə bağlı açıqlamasında deyilir.

Qeyd edək ki, Binyamin Netanyahunun Azərbaycana səfəri 7-11 may tarixlərinə planlaşdırılmışdı.

Chosen
0
turkic.world

1Sources