Bu sözləri Müsavat TV-yə müsahibəsi zamanı Rəsul Quliyev deyib. O qeyd edib ki, məscidləri söküb yerinə məktəb tikmək fikri “kolxoz” düşüncəsidir:
“Azərbaycanda təhsilin inkişafı üçün məktəblərin sayını artırmaq lazımdır, burası heç. Müzakirə olunmur və belə də olmalıdır. Amma məscidlərin sökülməsi fikri axmaq fikirdir.
Düzdür, Türkiyə kimi hər kənddə 10 ədəd məscid tikmək lazım deyil. Amma olan məscidləri çox yaxşı vəziyyətdə saxlamaq lazımdır.
Şeyxülislam Hacı Allahşükür Paşazadənin qulağından tutub demək lazımdır ki, yığılan pulları məscidlərin abadlaşdırılmasına sərf elə. Hökumət bura pul ayırmamalıdır. Camaat gedib ora pul verir. Sən bu pulu götürüb yeməli deyilsən ki.
Onsuz da 30-40 faizini yeyirsən, yerdə qalanını heç olmasa məscidlərin bərpasına sərf elə. Ona görə də şərurlu İsfəndiyarın tezisi qəbul olunan tezis deyil. Bu “kolxoz” düçüncəsidir. Pulu olan adam belə şey eləməz”.
5Sources
-
mia.azRəsul Quliyev: "Allahşükür Paşazadənin qulağından tutub demək lazımdır ki..." - "Sən bu pulu götürüb yeməli deyilsən ki..." ( 16960955)
-
demokrat.az"Allahşükür Paşazadənin qulağından tutub demək lazımdır ki..." — AÇIQLAMA ( 16957088)
-
qlobal.netRəsul Quliyevdən Allahşükür Paşazadəyə SƏRT SÖZLƏR: Onsuz da 30-40 faizini yeyirsən, yerdə qalanını... ( 16947692)
-
turkustan.az“Allahşükür Paşazadənin qulağından tutub demək lazımdır ki...” – Quliyevdən ŞOK sözlər ( 16944488)
-
yenisabah.az“Allahşükür Paşazadənin qulağından tutub demək lazımdır ki...” – Quliyevdən ŞOK sözlər ( 16943564)