
Hindistan Pakistanda istehsal olunan və ya oradan tranzit keçən malların idxalına qadağa qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hindistan hökumətinin Xarici Ticarət Departamentinin dərc olunmuş sərəncamında deyilir.
Bildirilib ki, Pakistandan gələn və ya Pakistandan çıxarılan bütün malların birbaşa və ya dolayı yolla idxalı və ya tranziti növbəti xəbərdarlıq edilənə qədər qadağandır.
Qeyd olunur ki, məhdudiyyət milli təhlükəsizlik və dövlət siyasətinin maraqlarına uyğun olaraq tətbiq edilib.