Azərbaycanın yeniyetmə cüdoçuları Qubada keçirilən Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar.
Viral.az xəbər verir ki, yığma üzvləri 3 qızıl, 3 gümüş, 6 bürünc mükafat əldə ediblər.
Anar Quliyev (50 kq), Zeyd Ələsgərov (60 kq), Nuranə Hacızadə (48 kq) qızıl, Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq), Leyla Ələkbərova (48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli, (hər ikisi 50 kq), Royal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc medala sahib çıxıb.
Son Yazılar:
- Azərbaycan cüdoçuları ilk gündə 12 medal qazandılar
- Ümid edirik ki, Ermənistan bizə qarşı “ikinci cəbhə”yə razı olmayacaq
- Şamaxı” “Səbail”lə bərabərə QALDI
Qeyd edək ki, bu gün start götürən yarış mayın 4-də başa çatacaq.