EN

Premyer-liqada namizədlərin siyahısı açıqlandı

İngiltərə premyer-liqasında aprel ayının ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, siyahıya “Mançester Siti”ni çalışdıran Xosep Qvardiola (4 qələbə, 1 heç-heçə), “Aston Villa”dan Unay Emeri (4 qələbə, 1 məğlubiyyət), “Nyukasl”dan Eddi Hau (4 qələbə, 1 məğlubiyyət), “Vulverhempton”dan Vitor Pereyra (5 qələbə) və “Liverpul”dan Arne Slot (4 qələbə, 1 məğlubiyyət) layiq bilinib.

Mükafatın qalibi mayın 5-də azarkeşlər və ekspertlərin iştirakı ilən keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək. Xatırladaq ki, mart ayında Nunu Eşpiritu Santu (Nottingem Forest) ən yaxşı məşqçi seçilmişdi.

Chosen
0
2
football-plus.az

3Sources