Şəmkir rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1999-cu il təvəllüdlü Əmrah Məmmədov bu gün səhər saatlarında özünü asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər.
Məlumata görə, 26 yaşlı Ə.Məmmədov subay olub və işsiz imiş.
Faktla bağlı araşdırma aparılır.