"Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilir
Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə "Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilir.
Demokrat.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May – Türkçülük Gününə həsr edilən tədbirin məqsədi Türk dünyasının ortaq dəyərləri və gələcək inkişaf istiqamətləri üzrə müzakirə aparmaqdır.