Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolts sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının fəaliyyətinə qadağaya qarşı çıxıb.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə Hannoverdə Evanqelist Kilsəsinin konfransı zamanı bildirib.
"Mən tez qərarların əleyhinəyəm. Biz bütün aspektləri diqqətlə təhlil etməliyik", - siyasətçi deyib.
Onun sözlərinə görə, Almaniya əks-kəşfiyyatı AfD-nin ekstremist partiya sayılmasına “ətraflı əsaslandırma” təqdim edib.