EN

Türkiyəli nazir: “Texnologiya sahəsini inkişaf etdirib bütün dünyaya göstərmək istəyirik

Türkiyə texnologiya sahəsini inkişaf etdirərək heç kəsdən qorxmadığını nümayiş etdirir.

Bunu “Report”un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

"Biz texnologiya sahəsini inkişaf etdirərək kimdənsə heç vaxt qorxmadığımızı və qorxmayacağımızı bütün dünyaya göstərmək istəyirik. Budur, burada Kipr türkləri ilə bir yerdəyik. 1974-cü ildə "Sülh Hərəkatı"nı həyata keçirdikdən sonra türk milləti sanksiyalarla üzləşmişdi. O vaxt hərbçilərimizə xarici ölkələrdən hətta radioqəbuledici belə tədarük olunmurdu. Düşünürdülər ki, türklər belə radioqəbulediciləri öz imkanları ilə inkişaf etdirə, istehsal edə bilməzlər", - o qeyd edib.

Nazir əlavə edib ki, amma türk milləti əzmlə çalışdı: "O, belə radioqəbulediciləri inkişaf etdirərək istehsalını həyata keçirdi. Daha sonra rəqəmsal, şifrələnmiş rabitə imkanını təmin edən radioqəbuledicilər və s. istehsal olundu".

Onun sözlərinə görə, Türkiyə hazırda milli rabitə peykini istehsal edə bilən 11 ölkədən biridir: "Bu yolumuza davam edəcəyik. Bunu başqalarının necə qəbul edəcəyini söyləyə bilmərəm. Amma türk milləti bunu "Türkiyə 100 il"i olaraq görür. Biz də belə görməyə, bu inancla, əzmlə çalışmağa davam edəcəyik".

Chosen
0
report.az

1Sources