EN

"ABŞ Ukraynaya qalib gəlmək üçün deyil, "qan içində boğulmaq" üçün silah verib" - MKİ-nin sabiq rəhbəri

 
"Sağlamlığına bu qədər həssas yanaşan birisi nüvə silahı ilə yüksək riskli oyuna getməz..."
 
ABŞ və onun müttəfiqləri işğalın ilk günlərindən etibarən Ukraynaya lazımi silahları versəydilər, Rusiyanın genişmiqyaslı hücumunun qarşısını vaxtında almaq olardı.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Ralf Qoff "The Times" nəşrinə müsahibəsində bəyan edib.
 
Qoffun sözlərinə görə, bunun əvəzində məqsədli strategiya seçilib: Ukraynaya mübarizə aparmaq üçün yetərli, amma Putinin ordusunu məğlub etməyə kifayət etməyən silahlar verilsin.
 
"O vaxt biz ukraynalılara lazımi silahları versəydik, onlar rusiyalıları ölkədən çıxara bilərdilər. Amma bu baş vermədi. Bu isə biz bu gün şahidi olduğumuz daha uzun, uzanan və tükəndirici müharibənin zəminini hazırlayıb", - Qoff bildirib.
 
Onun sözlərinə görə, prezident Bayden və onun müttəfiqləri Putinə münaqişənin şərtlərini müəyyən etmək imkanı verib və lazım olan zamanda Ukraynaya ehtiyac duyduğu texnikanı göndərməkdən çəkinib, səbəb isə o olub ki, əgər Rusiya məğlubiyyətə yaxınlaşarsa, Putin nüvə silahı işlədə bilər.
 
"Onlar Putinin nüvə silahı ilə hədələməsinə inanıb aldanıblar. Buna görə də ukraynalılara silah verdilər, amma heç vaxt qələbə qazanmaq üçün kifayət qədər vermədilər. Onlara sadəcə "qan içində boğulmağa" yetəcək qədər silah verdilər", - o, vurğulayıb.
 
Qoff əlavə edib ki, pandemiya dövründə Putinin "COVID-ə qarşı əsl ölümcül qorxusu" olub və "mənim fikrimcə, sağlamlığına bu qədər həssas yanaşan birisi nüvə silahı ilə yüksək riskli oyuna getməz".
 
İndi o, düşünür ki, Trampın strategiyası Putinə münasibətdə tonu yumşaltmaq və onu Çindən yayındırmaq üçün müəyyən qədər yaltaqlıq göstərmək ola bilər. Putin isə keçmiş kəşfiyyatçı kimi Trampı manipulyasiya edə biləcəyini düşünür. Amma Üoffun fikrincə, bu, onun "ağır səhvi" olacaq. "Sonda Putin problem harada olduğunu göstərəcək  və bu problem Kiyevdə deyil, Moskvadadır", - o, izah edib.
 
Qoffun sözlərinə görə, əgər yaxın vaxtlarda razılaşma əldə olunmasa, bir ukraynalı məmurun ona bildirdiyi kimi, yayın sonuna qədər cəbhənin bütün xətti faktiki olaraq 20-50 km uzunluğunda bir "ölüm zonasına" çevriləcək, "orada hərəkət mümkün olmayacaq, çünki hava dronlarla, yer isə robotlar, sensorlar və minalarla dolu olacaq".
 
Ukraynaya silah yardımı
 
Bu həftə məlum olub ki, Tramp administrasiyası ilk dəfə olaraq Ukraynaya 50 milyon dollar dəyərində silah satışını təsdiqləyib.
 
Ekspertlər qeyd edir ki, məbləğ böyük olmasa da, Tramp prezidentliyə başladıqdan sonra ilk dəfə ABŞ-ın Ukraynaya silah satışına razılıq verməsi müsbət bir siqnaldır.
 
Bundan əlavə, sonradan ABŞ Dövlət Departamenti Ukraynaya F-16 təyyarələri üçün təlim və texniki dəstək, eləcə də əlaqəli avadanlıqların 310,5 milyon dollar dəyərində satışını da təsdiqləyib.
Chosen
0
moderator.az

1Sources