EN

Vüqar Oruc yenidən ACQ-nin sədri seçildi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 8-ci Hesabat-Seçki Konfransı baş tutub. 

Demokrat.az xəbər verir ki, Konfrans çərçivəsində Cəmiyyətin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə seçkilər keçirilib. Səsvermə nəticəsində Vüqar Oruc növbəti dəfə AQC-nin idarə heyətinin sədri seçilib.

Eyni zamanda Fərid Rüstəmov, Azər Niftiyev, Nail Həşimov, İbrahim Quliyev, Orxan Həsənov, Asif Yusubov, Xətai Teymurov, Rüfət Əliyev, Samir Nəsibov, Eldar Təhməzov AQC-nin idarə heyətinin üzvləri təyin olunub. Namiq Məmmədov, Emin Novruzov, Tural Bağırov isə Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər.

Chosen
0
32
demokrat.az

10Sources