EN

Suriya və Azərbaycan arasınsa enerji sahəsində müzakirələr aparılıb

Suriya və Azərbaycan arasınsa enerji sahəsində müzakirələr aparılıb

Azərbaycan və Suriya enerji sahəsində əməkdaşlığı müzakirə olunub.

Operativ Media xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Belə ki, İstanbulda keçirilən Təbii Resurslar Sammiti çərçivəsində Suriya energetika naziri Məhəmməd əl-Bəşir Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovla görüşüb. Görüş zamanı iki ölkə arasında enerji sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə qaz təchizatı, bərpa olunan enerji, təcrübə mübadiləsi və enerji infrastrukturuna investisiyaları müzakirə edilir.

 

Tərəflər, həmçinin enerji sektorunda regional və beynəlxalq inkişaflarla bağlı fikir mübadiləsi aparıb, beynəlxalq platformalarda mövqelərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə Azərbaycan və Suriya arasında əlaqələrin əhəmiyyəti və əməkdaşlıq sahələrinin genişləndirilməsi xüsusi qeyd olunub.

1Sources