Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant İlqar Orucovun rütbəsi vaxtından əvvəl artırılıb.
Â
Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Â
Hərbi xidmətdə fərqlənən İlqar Orucova "polkovnik" hərbi rütbəsi verilib.
Â
İ.Orucov hazırda xidmətini davam etdirir.
Â
Qeyd edək ki, İ.Orucov Vətən müharibəsində şücaət göstərən hərbçilərimizdən olub. O, müharibədən sonra orden və medallar, o cümlədən "Vətən Müharibəsi Qəhrəmanı" medalı, "Azərbaycan Bayrağı" ordeni və bir neçə rayonun işğaldan azad olunmasına görə medalları ilə təltif edilib.
Tarix: 3 May 2025, 12:41Â Â Â