EN

Nərimanov və Yasamalda bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanıldı

BAKI, 3 may. TELEQRAF

Paytaxtın Nərimanov rayonunda vətəndaşın etibarından sui-istifadə edən şəxs onun 1450 manatını ələ keçirib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətmiş 33 yaşlı S.Əzizli müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Yasamal rayonunda bir nəfərin bank kartından 300 manatını oğurlamış 25 yaşlı N.Aslanov da saxlanılıb.

Araşdırmalar aparılır.

Chosen
0
5
teleqraf.com

6Sources