Bakı. Trend:
Mayın 2-də qanunsuz saxlanılan silah-sursat aşkar edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuatxidmətindən verilən məlumat verilib.
Bildirilib ki, mayın 2-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 tapança, 5qumbara, 1 alışdırıcı, 4 tüfəng, 8 patron darağı və 310 ədədmüxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindənqanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.