EN

İran: ABŞ-ın sanksiyaları, təhdidləri danışıqlarda ciddiliyə inamsızlığı artırır

İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.

Görüşdə Əraqçi Quterreşi ABŞ-la danışıqlar prosesi haqqında məlumatlandıraraq, İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməkdə israrlı olduğunu və bunun zənginləşdirilməsini tələb etdiyini bildirərək, ABŞ-ın danışıqlar zamanı Tehranın uranı zənginləşdirmək istəyinə qarşı çıxdığına diqqət çəkib.

Ərakçi deyib: "İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzvü kimi öz öhdəliklərinə sadiq qalmasına baxmayaraq, nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməkdə israrlıdır ki, bu da zənginləşdirməni (uranın) tələb edir".

Chosen
0
operativmm.az

1Sources