EN

“Fənərbağça” “Yuve”nin ulduzu üçün hərəkətə keçdi

“Fənərbaxça” “Yuventus”un hücumçusu Duşan Vlahoviçin transfer üzərində işləyir.

Publika.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

Mənbənin məlumatına görə, Türkiyə klubu serb futbolçu üçün 40 milyon avro təklif etməyə hazırdır. Eyni zamanda, “Fənərbağça” Vlahoviçin transferinə yatırmaq üçün hücumçu Yussef En-Nəsirini Səudiyyə Ərəbistanına 30 milyon avroya sata bilər. Qalan 10 milyon avro isə klubun büdcəsindən ayrıla və ya sponsordan alına bilər.

Bu mövsüm Vlahoviç bütün turnirlərdə 38 oyun keçirib, 14 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Chosen
0
publika.az

1Sources