Misli Premyer Liqasında XXXIII tur davam edir.
İdman.biz xəbər verir ki, bu gün çempionatın daha iki matçı keçiriləcək.
İkinci oyun günü Şamaxıda start götürəcək. Premyer Liqada qalmaq üçün mübarizə aparan “Səbail” “Şamaxı”nın qonağı olacaq.
Digər görüş Bakıda baş tutacaq. Bürünc medallara iddialı “Araz-Naxçıvan” “Sabah”ı qəbul edəcək.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Misli Premyer Liqası
XXXIII tur
3 may (şənbə)
17:00. “Şamaxı” – “Səbail”
Baş hakim: Elçin Məsiyev
Şamaxı şəhər stadionu
19:30. “Araz-Naxçıvan” – “Sabah”
Baş hakim: Kamal Umudlu
“Liv Bona Dea Arena”
yer | komanda | O | Q | H | M | T | X |
1 | Qarabağ | 32 | 24 | 5 | 3 | 78-19 | 77 |
2 | Zirə | 33 | 21 | 4 | 8 | 56-26 | 67 |
3 | Araz-Naxçıvan | 32 | 14 | 12 | 6 | 32-25 | 54 |
4 | Turan Tovuz | 33 | 12 | 13 | 8 | 39-37 | 49 |
5 | Sabah | 32 | 8 | 16 | 8 | 44-43 | 40 |
6 | Neftçi | 32 | 8 | 12 | 12 | 32-45 | 36 |
7 | Şamaxı | 32 | 9 | 8 | 15 | 30-40 | 35 |
8 | Sumqayıt | 32 | 8 | 6 | 18 | 27-48 | 30 |
9 | Kəpəz | 32 | 7 | 7 | 18 | 25-56 | 28 |
10 | Səbail | 32 | 4 | 9 | 19 | 23-50 | 21 |
Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 14 qol, Cesse Sekidika ("Sabah"), Davit Volkov ("Zirə") - 10 qol.
İdman.biz