"Əl-Hilal" klubu Jorje Jesusla yolları ayırmağa qərar verib.

Offsideplus.az xəbər verir ki, hər iki tərəf bu barədə qərarı qətidir.

Jesus 2023-cü ilin yayından Səudiyyə Ərəbistan klubunda çalışırdı. Onlar ötən mövsüm birlikdə daxili turnirlərdə bütün kubokları qazanmışdılar.

Lakin bu mövsüm işlər gözlənilən kimi getmədi. "Əl-Hilal" hazırda lider "Əl-İttihad" 6 xal gerisində 2-ci yerdədir.