EN

Bu gün DİM rəqəmsal SAT imtahanı keçirəcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanıkeçiriləcək.

Trend xəbər verirki, bu barədə DİM məlumat yayıb.

İmtahan 2025-ci il mayın 3-də Dövlət İmtahan Mərkəzinin Bakıdayerləşən hər iki inzibati binasında təşkil olunacaq.

İmtahanda iştirak edəcək namizədlərdən qeydiyyatdan keçdikləritest mərkəzinə xüsusilə diqqət yetirmələri və imtahan üçünburaxılış vərəqələrində göstərilən müvafiq ünvana yaxınlaşmalarıxahiş olunur.

İmtahanın keçirildiyi ünvanlar:

Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)

Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)

İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraqtələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə qeydiyyatdankeçdikləri imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

3. “College Board”un tələblərinə cavab verən notbuk və yaplanşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasındauyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaqüçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəqimtahan mərkəzində verilir.

İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinəgətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşetsorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahanmərkəzinə buraxılmayacaq.

Qeyd edək ki, rəqəmsal SAT (Scholastic Assessment Test) ABŞ vədigər ölkələrin ali təhsil müəssisələrinə qəbul üçünstandartlaşdırılmış imtahandır, 2024-cü ildən onlayn formatdakeçirilir. Test iki bölmədən ibarətdir: “Oxuma və yazı” və“Riyaziyyat”, bunlar mətn təhlili, qrammatika, cəbr və verilənlərləişləmək bacarıqlarını yoxlayır.

Chosen
0
22
az.trend.az

10Sources