EN

Avropa Rusiyanın dondurulmuş 3 milyardlıq aktivlərini Ukraynaya verməyəcək

BAKI. 3 may. TELEQRAF

Avropa Rusiyanın dondurulmuş 3 milyard avroluq aktivlərini bu ölkədə zərərə düşən Qərb investorlarına verəcək.

Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, bu aktivlərdən Rusiyanın investorlardan konfiskasiya etdiyi milyardlarla pul vəsaitini kompensasiya etmək üçün istifadə olunacaq.

Xatırladaq ki, ötən ilin sonlarında Avropa İttifaqı sanksiyalar rejimini dəyişərək dondurulmuş Rusiya aktivlərindən Qərb investorlarına ödənişlər etməyə icazə verib.

Əvvəllər bu aktivlərindən əldə edilən faizlər Ukraynanın dəstəklənməsinə yönəldilirdi.

Chosen
0
teleqraf.com

1Sources