EN

Məşhur ifaçı evində baş verən yanğın nəticəsində həlak oldu

Məşhur ifaçı evində baş verən yanğın nəticəsində həlak olduABŞ-lı müğənni və söz yazarı Jill Sobule Minnesota ştatındakı evində baş verən yanğında həlak olub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, müğənninin mətbuat katibinin verdiyi məlumata görə, sağlamlıq durumu yerində olan və musiqi fəaliyyətini aktiv şəkildə davam etdirən Sobule hadisə zamanı evdə olub və bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Sobule 1995-ci ildə çəkilən "Clueless" filmində səsləndirilən satirik "Supermodel" mahnısı ilə tanınmış, 1990-cı illərin sonlarında yayımlanan "I Kissed a Girl" adlı ifası ilə isə daha geniş auditoriyanın diqqətini cəlb etmişdi. Xüsusi üslubu və söz yazarlığı ilə dövrünün aparıcı alternativ musiqi simalarından biri sayılırdı.

Onun meneceri Con Porter verdiyi açıqlamada bildirib: "Jill Sobule təkcə musiqiçi deyil, eyni zamanda insan hüquqlarının qətiyyətli müdafiəçisi idi. Onunla çalışmaq böyük bir xoşbəxtlik idi. Mən həm dostumu, həm də ilhamverici bir sənətçini itirdim".

Chosen
0
sonxeber.az

1Sources