Bu gün İran pro liqasının çempionu müəyyənləşib.
Tribunainfo.az xəbər verir ki, Qəzvində yerli “Şəms Azəri” klubu ilə qarşılaşan Təbrizin “Traxtur” klubu qalib olub.
Belə ki, çempionluq yarışındakı son mərhələlərdə Təbriz klubu 4 qol vuraraq, oyunu başa vurub. Onu izləyən və ikinci sırada qərar tutmuş. İsfahanın “Sepahan” klubu bu gün “Gol Qohar” komandası ilə keçirilən görüşdə 1-2 hesabı ilə uduzub. Nəticədə “Traxtur” qarşıdakı iki oyunu gözləmədən çempionluğunu elan edib.