EN

Ştutqartın mərkəzində avtomobil izdihamın üzərinə çırpılıb

Bakı. Trend:

Almaniyanın Ştutqart şəhərinin mərkəzində qara rəngli “Mercedes”markalı avtomobilin izdihamın üzərinə çırpılması nəticəsində birneçə nəfər xəsarət alıb.

Trend xəbər verirki, bu barədə məlumat şəhər polisinin “X” sosial şəbəkəsindəkipaylaşımında yer alıb.

“Hadisə yerindəyik və yeni məlumatlar əldə olunduqcaictimaiyyəti məlumatlandıracağıq”, – hüquq-mühafizə orqanlarınınpaylaşımında deyilir.

DPA agentliyinin verdiyi məlumata görə, azı üç nəfər xəsarətalıb. Hadisənin törədilməsində şübhəli bilinən sürücüsaxlanılıb.

İnsident şəhər qatar stansiyası yaxınlığında, Şarlottenstrasseküçəsində baş verib. Hadisə yerində fövqəladə vəziyyət zonasıyaradılaraq ərazi mühasirəyə alınıb.

Hazırda hadisənin qəza nəticəsində baş verdiyi, yoxsa sürücününbu addımı qəsdən atdığı müəyyənləşdirilməyib. İstintaq davamedir.

Chosen
0
13
az.trend.az

10Sources