EN

Prezident kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 102-ci il dönümünə həsr olunan avarçəkmə üzrə “Prezident kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.

SİA xəbər verir ki, tədbir Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub.

Mərasimdə çıxış edən Mingəçevir şəhər icra başçısı İlham İsmayılov bildirib ki, bu gün reqataya artıq yekun vurulur: “Bu günləri Mingəçevir sakinləri böyük sevinclə yaşadı. bu bayram abu-havasını bizə yaradan iştirakçılarımıza minnətdarlığımızı bildiririk. Tədbirimiz bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə qadirdir. Hər şey üçün Gənclər və İdman nazirliyinə, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan”.

Tədbirdə kanoe-kayak və akademik avarçəkmə növündə qalib olan ölkələrə kubok təqdim olunub. Kaneo-kayakda Özbəkistan, akademik avarçəkmədə isə Gürcüstan birinci yeri tutub.

Qalib komandalara mükafatları Azərbaycan Kaneo və Avarçəlmə Federasiyasının baş katibi Fərhad Əliyev, Mingəçevir şəhər icra hakimiyyətinin baçısı İlham İsmayılov təqdim edib.

Rəsmi hissədən sonra mərasim bədii hissə ilə davam edib. Müxtəlif milli rəqslər qruplarının çıxışı nümayiş etdirilib, müğənni Mərdan hit mahnıları səsləndirilib. Sonra hava atəşfəşanlığı olub.

Qeyd edək ki, Azərbaycan yığması turniri 15 medalla başa vurub.

Müəllif: Banuçiçək Hüseynli
Chosen
0
sia.az

1Sources