EN

Argentinanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verib

Cənubi Amerika ölkəsi Argentinanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentrinin ölkənin Uşuayya şəhərindən 219 kilometr cənubda olduğu açıqlanıb.

Təxminən 10 kilometr dərinlikdə baş verən zəlzələ Argentinanın Rio-Qrande şəhərində və qonşu Çilidə də hiss olunub.

Argentina mətbuatının məlumatına görə, zəlzələdə can və mal itkisi qeydə alınmayıb.

Chosen
0
operativmm.az

1Sources