EN

Gürcüstanda “İslam Dövləti” terror təşkilatının üzvü saxlanıldı

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Rustavi şəhərində İnterpol xətti ilə axtarışda olan xarici ölkə vətəndaşı saxlanılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Gürcüstan DTX məlumat yayıb.

Məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin 2014-cü ildə Yaxın Şərqə getdiyi və “İslam Dövləti” terror təşkilatının sıralarına qoşulduğu müəyyən edilib.

Saxlanılan şəxs döyüş əməliyyatlarında təcrübəyə malikdir və partlayıcı qurğular üzrə yüksək səviyyəli mütəxəssisdir.

Chosen
0
1
publika.az

3Sources