EN

Ekspert imtahan dəyişikliklərini tənqid etdi

"Dövlət İmtahan Mərkəzi qaş düzəldən yerdə yenə vurub gözünü çıxarıb. Altqruplar üzrə tez-tez aparılan dəyişikliklər fənn məntiqinə zidd qurulub".

XəzərNews.az xəbər verir ki, belə bir açıqlama ilə təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli çıxış edib.

M.Məmmədli bildirib ki, abituriyentlərin çaşdırılması və motivasiya itkisi imtahan qabağı onları stresə soxur:

"Abituriyentlərin tədris planlarını pozur, hazırlaşdıqları istiqamətlərə uyğunluq itir. Psixoloji və emosional baxımdan təzyiq yaradır.Aparılan islahatlar məktəblərdə fənn tədrisinin strukturuna ziddir. Məktəblər fənləri inteqrasiya etməyə çalışsa da, DİM-in bəzi altqrup kombinasiyaları bu istiqamətdə uyğunsuzluq yaradır. Məsələn, məktəbdə riyaziyyat-fizika-kimya bloku üzrə profil qurulubsa, DİM bu blokda olmayan kombinasiya ilə çıxış edir".

Xəbər 7 dəfə oxunub.
Chosen
0
xezernews.az

1Sources