EN

Türk Dövlətləri Təşkilatının ağsaqqalları Şimali Kiprdə toplaşdılar

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Ağsaqqları Şurasının 17-ci iclası Şimali Kipr Türk Respublikasının Girne şəhərində keçirilir.

Tədbirdə  TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev,  Şimali Kipr Türk Respublikasının ağsaqqalı İsmail Bozkurt, Azərbaycan ağsaqqalı Həsən Həsənov, Qazaxıstan ağsaqqalı İkram Adırbek, Qırğızıstan ağsaqqalı Apas Cumaqulov, Özbəkistanın ağsaqqalı Sadıqcan Turdiyev iştirak edirlər.

Şimali Kipr təmsilçisi tədbirdə müşahidəçi qismində iştirak edir.

Hürr Tərcüman

 

Chosen
0
hurriyyet.az

1Sources