EN

BMT Rusiyaya tərəf çıxdı: “Haqq qazandıra bilməz”

BMT-nin İşgəncələrə Qarşı Komitəsi Ukrayna Silahlı Qüvvələri və hərbi polisi tərəfindən rus hərbi əsirlərə qarşı işgəncə və pis rəftar hallarına dair hesabatlardan ciddi narahatlıq ifadə edib.

KONKRET.az-ın xəbərinə görə, Komitə bildirir ki, əsirlərin döyülməsi, təhdid edilməsi, alçaldılması və işgəncə nəticəsində yaranmış xəsarətlərin sənədləşdirilməməsi beynəlxalq hüququn pozuntusudur.

BMT vurğulayıb ki, heç bir fövqəladə hal işgəncəyə haqq qazandıra bilməz.

Qeyd edək ki, BMT-nin OHCHR qurumu 2024-cü ilin yayında keçirdiyi sorğuda rus əsirlərin yarıdan çoxunun işgəncəyə məruz qaldığını bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
0
konkret.az

1Sources