EN

Livan HƏMAS-a xəbərdarlıq etdi

Livan Prezidenti Cozef Aun HƏMAS-ı bölgədə sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətlərə qarşı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, o, bu barədə ölkənin Ali Müdafiə Şurasının iclasında deyib.

“HƏMAS-a Livan ərazisindən milli təhlükəsizliyimizi təhdid edən hücumlar üçün istifadə etməmək barədə xəbərdarlıq edirik. Livan regionda sabitliyi pozmaq üçün platforma rolunu oynamamalıdır. Livan hakimiyyəti ölkəni müharibələrə sürükləyən hərəkətləri qəbul etməyəcək”, - o bildirib.

Chosen
0
2
axar.az

3Sources