Aktual.az xəbər verir ki, bu barədə "Forbes”in analitiki Devid Eks deyib.
O hesab edir ki, hazırkı irəliləyişlə Ukraynanı tamamilə ələ keçirmək üçün Kremlə əsrlər və on milyonlarla qurban lazımdır:
"Aprel ayında rus qoşunları Ukrayna ərazisinin təxminən 68 kvadrat milini ələ keçirə bilib. Lakin bu onlara 4800 texnika və 36600-dən çox canlı qüvvə itkisi hesabına başa gəlib. Ukrayna 233 min kvadrat mil ərazini əhatə edir, bunun 19%-i Rusiyanın işğalı altındadır. Hazırkı temp və itki ilə ruslar Ukraynanın qalan hissəsini 2256-cı ildə 101 milyon qüvvə itkisi hesabına alacaqlar”.