BAKI, 2 may. TELEQRAF
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Cəbrayıl, Qubadlı Və Zəngilan Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsinin Qubadlı rayonunun Mahruzlu kəndində tikinti-quraşdırma işləri ilə bağlı elan etdiyi tenderi ləğv edib.
Teleqraf xəbər verir ki, tenderdə sözügedən kənd üzrə qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiya sistemlərinin (su,kanalizasiya,qaz xətləri,elektrik,rabitə şəbəkəsi və kənd daxili yollar) tikinti-quraşdırma işlərinin aparılması nəzərdə tutulmuşdu.
Xatırladaq ki, tender martın 4-də elan edilib və ilkin dəyəri 26.425.192,00 manat təşkil edib. Tenderin ləvğ edilmə səbəbi göstərilməyib.