"MİDA" MMC-nin tenderi təğv olunub.
Valyuta.az xəbər verir ki, ləğv olunan tender Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması ilə bağlı olub.
Müsabiqə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə ləğv edilib. Lakin tenderin ləğv səbəbi açıqlanmayıb. Layihənin ehtimal olunan dəyəri isə 619 min 513,52 manat təşkil edirdi.
Qeyd edək ki, bu tender daha əvvəl 3 mart tarixində də ləğv edilmişdi.
Xatırladaq ki, "Mida" MMC 2016-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 milyon manat olan şirkətin qanuni təmsilçisi Təhməzov Fərhad İlahi oğludur.
Maya Hüseynova