EN

Ter Ştegen yaşıl meydanlara qayıdır

"Barselona"nın almaniyalı qapıçısı Ter Ştegen zədəsini sağaldıb.

"Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen komandanın La Liqanın 34-cü turunda "Valyadolid"ə qarşı keçirəcəyi oyunda start heyətində yer alacaq.

Operativ  Media xəbər verir ki, bu barədə kataloniyalıların baş məşqçisi Hans-Diter Flik açıqlayıb.

Mayın 3-ü  “Barselona” səfərdə “Valyadolid”lə qarşılaşacaq.

Flik mətbuat konfransında "Bəli, əlbəttə ki, Ter Ştegen sabah qayıdacaq", - deyə bildirib.

33 yaşlı alman dizindən aldığı zədəsini sağaldıb. Qapıçı sonuncu dəfə 2024-cü ilin sentyabrında meydana çıxıb.

"Valyodolid"lə oyun Moskva vaxtı ilə saat 22:00-da başlayacaq.

1Sources