Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının tərkibinə iki yeni üzv daxil edilib.
"Cebheinfo.az" xəbər verir ki, Arif Xanoğlan oğlu Qaraşov və Fidumə Məmmədəli qızı Hüseynova hakim partiyanın Veteranlar Şurasına üzv olub.
Qərar partiya İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Bahar Muradova çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, Arif Qaraşov Daşınmaz Əmlakın Dvlət Reyestri Xidmətinin sabiq rəhbəridir. Fidumə Hüseynova isə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının sabiq müavini, Binəqədi rayonunun sabiq icra başçısıdır.
Xatırladaq ki, YAP-ın Veteranlar Şurasının hazırkı tərkibi aşağıdakı kimidir: