EN

Ötən ay başqa şəxsin adına saxta hesablar açan 59 nəfər cəzalandırılıb

BAKI, 2 may. TELEQRAF

"Ötən ay sosial şəbəkələrdə başqa şəxsin adına saxta hesablar açıb, onun şəkillərinin paylaşan 59 nəfər cəzalandırılıb".

Teleqraf xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 2-ci Forumda panel müzakirələrində deyib.

O bildirib ki, məsələnin həlli istiqamətində xeyli çətinlik var.

"Bunu Azərbaycanda edənləri tapıb cəzalandıra bilirik. Amma birbaşa xarici ölkələrdən belə hesablar yaradanları müəyyən etmək çətindir", - E. Hacıyev əlavə edib.

Chosen
0
teleqraf.com

1Sources